Ukrayna ötən il Gürcüstanın Avropa İttifaqı (Aİ) namizədi statusu almamasında maraqlı olanlardan biri olub...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində deyib. Baş nazir bildirib ki, bu bir reallıqdır və bir çox Avropa liderləri ona bu faktı təsdiqləyiblər. Hökumət başçısı Gürcüstan səfirinin Ukraynadan göndərilməsinə də münasibət bildirib. Qeyd edib ki, səfir Kiyev bombalandığı zaman şəhəri tərk etməyən sonuncu diplomat olub, buna baxmayaraq belə bir diplomat məsləhətləşmələr adı ilə Tbilisiyə göndərilib. Qaribaşvili qeyd edib ki, Tbilisi heç kimdən minnət gözləmir, lakin Ukraynanın bu addımı dostluq əlaqələrinin, diplomatik etiketin pozulmasıdır.

Baş nazir onu da bildirib ki, Gürcüstan hər zaman Ukrayna və Moldovadan irəlidə olub: “Biz nəinki geri qalmayacağıq, biz Ukrayna və Moldovadan dünən də irəlidə olmuşuq, bu gün də irəlidəyik və sabah da irəlidə olacağıq” - deyə baş nazir bildirib. Qaribaşvili qeyd edib ki, Gürcüstan bir sıra kriteriyalarda nəinki Ukrayna və Moldovadan, o cümlədən Aİ üzvü olan 14 ölkədən və 10 NATO ölkəsindən irəlidədir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN