Məşhur bir atalar məsəlimiz var: "Keçinin buynuzu qaşınanda özünü çobanın çomağına sürtər..."

Ermənistanın hərbi və siyasi rəhbərliyi də neçə vaxtdır özünü keçi kimi aparır... 44 günlük müharibənin dadı damaqlarından getməmiş indi də müxtəlif təxribatlarından qalmırlar. Belə ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Təzadlar"a verilən məlumatda deyilir ki, "Əldə edilmiş məlumata əsasən, Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir".

Bəli, dünya da bilir ki, 44 günlük müharibənin də bütün məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. İşğalşılığın, qonşularla təxribatçı dilində danışmağın sonu həmişə elə olur...

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN