Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun son həftəsində gözlənilir.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Səfər çərçivəsində dövlət başçısı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Danışıqların gündəliyinə taxıl sazişinin bərpasının vaxtı, ikitərəfli münasibətlər, Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, həmçinin Türkiyə ilə Suriya arasında diplomatik əlaqələrin bərpası ilə bağlı məsələlər daxil ediləcək.

Bundan əvvəl Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. “Zelenskinin xahişi ilə baş tutan telefon danışığı zamanı liderlər Qara dəniz taxıl dəhlizi üzrə sazişin uzadılması məsələsini ətraflı müzakirə ediblər”, - Türkiyə liderinin ofisindən bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN