Yunanıstanın NATO-dakı daimi nümayəndəsi sosial media hesabında alyansın İzmirdə yerləşən quru qoşunlarının komandanlığının Qələbə günü münasibətilə Türkiyədən təbrik mesajı yerləşdirməsi ilə əlaqədar təşkilatın baş katibinə yazılı etiraz məktubu göndərib.

Bu barədə diplomatik mənbələrə istinadən “Kathimerini” nəşri məlumat yayıb.

Məsələ burasındadır ki, Türkiyə bu bayramı 1922-ci ilin avqustunda İkinci Yunan-Türkiyə müharibəsi zamanı Kiçik Asiya Yunanıstan Ekspedisiya Ordusu üzərində Dumlupınarda həlledici döyüşdə türk qoşunlarının qələbəsinin ildönümündə qeyd edir.

Komandanlığın bəyanatında deyilir: “Bu xüsusi gündə bizi qəbul etdiyinə görə Türkiyəyə minnətdarlığımızı bildirmək istərdik. 1952-ci ildə NATO-ya daxil olandan bəri Türkiyə bir çox əməliyyat və təlimlərdə iştirak edib, əsgərləri hər zaman yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirib. Türkiyə və NATO birlikdə daha güclü və təhlükəsizdir”.

Qeyd olunan NATO strukturundan bu cür təbriklərin ötən il də Türkiyəyə gəlməsi diqqət çəkir. Daha sonra Yunanıstan Xarici İşlər Nazirliyi də etiraz edərək bildirib ki, sosial şəbəkələrdəki bu cür yazılar “həddən kənara çıxır və yersizdir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN