Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi hələ dəqiqləşməyib.

Bu barədə "RİA Novosti" Türkiyə prezidentinin administrasiyasına istinadən xəbər verir.

Bundan əvvəl Türkiyə mətbuatı sentyabrın 4-də Soçidə Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün planlaşdırıldığını yazmışdı. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Ərdoğan arasında görüş “tezliklə baş tutacaq”. O, danışıqların Rusiyada aparılacağını təsdiqləyib.

“Cənab Prezidentin Rusiyaya səfəri gözlənilir. Amma biz mətbuata tarixi açıqlamadıq. Bu barədə heç bir şərh vermədik, medianın bu məlumatı haradan aldığını bilmirəm”, – Türkiyə administrasiyası bildirib.

"RİA Novosti"-nin həmsöhbəti qeyd edib ki, sentyabrın 4-ü planlaşdırılan tarixlərdən sadəcə biridir.

İyulun ortalarında Ərdoğan Ankaranın Putinin avqustda keçiriləcək səfərinə hazırlaşdığını açıqlamışdı.

Bir ay əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinin Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırdığını bildirsə də, səfərin konkret tarixi hələ müzakirə olunmayıb.

Avqustun 14-də Türkiyə mətbuatı Putinin “yaxın günlərdə” Türkiyəyə səfər edəcəyini yazıb, avqustun 22-də isə Ərdoğanın Rusiyada Putinlə görüşməyi planlaşdırdığı haqda xəbərlər yayılıb. Görüşün əsas mövzusu Rusiya və Ukrayna arasında taxıl müqaviləsinin uzadılması olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN