Ukrayna prezidenti Volodimir Zelenski Donetsk və Zaporojya istiqamətində hərbçilərə baş çəkib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, prezidentin səfəri gizli baş tutub. Zelenski Donetskdə görüşdə deyib: "Biz "Donetsk" operativ-taktiki qrupunun tərkibində Ukraynanı müdafiə edən döyüş briqadalarına baş çəkirik. Bu gün burada 8 briqada var. Onların hər biri güclüdür! Nəticələrə görə təşəkkür edirik. Hər gün ölkəmizə xoş xəbər verin, döyüşçülər!” – deyə Prezident Zelenski bildirib. Daha sonra Ukrayna prezidenti Zaporojye istiqamətində ölkəni qoruyan hərbçilərə də baş çəkib: "Zaporojye istiqaməti, Rusiya təcavüzünün dəf edilməsində iştirak edən döyüş briqadalarının komanda postlarına, 148-ci Əlahiddə Artilleriya Briqadasına, 82-ci Əlahiddə Hücum Briqadasına, 71-ci Briqadaya Ukraynanın qələbəsi yolunda atılan hər bir addıma görə təşəkkür edirik!", - deyə Zelenski bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN