"Son bir neçə həftə ərzində Vaşinqton Azərbaycan və Ermənistanla "daim" iş aparıb ki, humanitar yardım Dağlıq Qarabağ əhalisinə çatsın".

Bu barədə çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib. O, Vaşinqtonun Bakı və Yerevan arasında danışıqlarının məzmunu ilə bağlı "Turan" müxbirinin sualına cavab verməkdən çəkinib. "Bu, bizim fəal şəkildə məşğul olmağı davam etdirəcəyimiz bir şeydir... Laçın dəhlizinin humanitar, ticarət və sərnişin daşımaları üçün dərhal yenidən açılması ilə bağlı çağırışımızı təkrar edirik", - o deyib. "Biz ərzaq, dərman və digər zəruri malların əngəlləməsinin davam etməsi nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən çox narahatıq", - Patel sözlərinə davam edib.

Patelin şərhləri Konqresin insan hüquqları üzrə ikipartiyalı komissiyasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı ictimai dinləmələr keçirməyə hazırlaşdığı vaxtda səslənib. Tom Lantos İnsan Hüquqları Komissiyasının keçirəcəyi dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo və Kolumbiya Universitetindən David Fillips iştirak edəcəklər. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN