Xəbər verilir ki, Rusiya prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı olub.

Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Söhbətin əsas mövzusu Əfqanıstanda cərəyan edən proseslər olsa da, dövlət başçıları arasında Qarabağ məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Makronun xahişi ilə Putin onu 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrasının gedişi barədə məlumatlandırıb. Bildirilib ki, bütövlükdə bölgədə vəziyyət sabitdir. Qeyd olunub ki, hazırda Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası istiqamətində addımlar atılır.

Söhbət zamanı prezidentlər bundan sonra da Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, xüsusilə də ATƏT-in Minsk Qrupu çərçivəsində əməkdaşlığı davam etdirmək əzmini ifadə ediblər.

Başa düşə bilmirik:Qarabağın yiyəsi yoxdur ki,iki yad ölkənin başçıları həftə səkkiz,mən doqquz  Qarabağdan danışır, müzakirə edir, planlar qurur, hansısa virtual ATƏT-in Minsk Qrupundan söhbət açırlar.

Əslində isə xəbər belə başlıq altında getməliydi: Putin və Makron Qarabağdakı ermənilərin vəziyyətindən danışıblar. Yəni, ermənilərin bir nömrəli himayədarı Makron atəş altında qalan, minaya düşən azərbaycanlılardan, xarabaya çevrilmiş kənd və şəhərlərdən, azərbaycanlıların hələ də dogma yurd-yuvalarına nə vaxt qayıdacaqlarından danışmayacaq ki. Əlbəttə ki, Qarabağa gətirilib yerləşdirilən ermənilərdən danışacaq.

Putinə gəldikdə, o da elə Makron kimidir.Rusiyanın hərbi birləşmələrini sülhməramlı adı altında Qarabağda yerləşdirib, bu sülhməramlılar da erməninin əl-qol açmasına geniş imkan yaradıb. Sülhməramlılar Laçın dəhlizi vasitəsi ilə  Qarabağdakı ermənilərə 58 min “humanitar” yardım dolu yük maşını buraxıblar. On minlərlə ermənini Azərbaycan torpağında yerləşdiriblər. İndi də onlara ev tikirlər, infrastruktur yaradırlar.

Başa düşə bilmirik, Qarabağ poliqon-zaddı bəyəm? Yaxud sahibsiz ərazidir ki, gəlib orda ağalıq etmək xülyasına düşüblər. Süveren ölkənin ərazisində cürbəcür hoqqalardan çıxmağın adı nədir? İkinci bir erməni dövlətimi yaratmaq istəyirlər? Ölmüşdü Xankişi!!! O Qarabağ torpağı Azərbaycanın ərazisidir.Onun da sahibi Azərbaycan dövləti və 10 milyonluq xalqdır. Prezident İlham Əliyev də deyib ki, 20-25 min erməninin müstəqil dövlət yaratmaq xülyası gülüncdür və Azərbaycan xalqı buna heç vaxt yol verməz. O zaman nə düşmüsünüz əl-ayağa? Ermənilər hələ də sadə bir şeyi anlamırlar ki, yüz Makron da olsa, onların bu xülyaları həyata keçməyib və heç zaman da keçməyəcək. Hələlik isə,ağızları isti yerdədir. Tezliklə Qarabağda yerləşdirilən ermənilərin hansı ölkədən gətirildiyi də müəyyənləşəcək və bu kənardan gətirilən ermənilər Azərbaycan sərhədlərini qanunsuz keçdiklərinə görə məsuliyyətə cəlb olunacaq, yaxud da departasiya ediləcək.

Ermənilər, ağıllı olun. Siz Azərbaycan qanunları ilə yaşamaq istəyirsinizsə, erməniliyinizdən əl çəkin. Havadarlarınıza deyin ki, özlərinə əziyyət verməsinlər.

Qarabağ torpağı bazar deyil, hərraca qoyulmayıb, sadəcə olaraq, işğalçıl, terror ruhlu bir qrup tör-töküntünün müvəqqəti məskunlaşdığı Azərbaycan torpağıdır. 

Şakir QURBANOV

   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN