...Elə bilirdik Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə dövləti vəzifə tutmaq uğrunda ciddi mübarizəyə qoşulacaqlar... Amma...

Amma, sən demə, axund seçkisi bu ölkənin tarixi vətəndaşları olanlarımız üçün daha vacib imiş. Niyə??? Dünya dirilərlə məşğul olduğu bir vaxtda ölülərlə məşğul olmaq da vacibdir axı!!!

XXX

 Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, bu ilin dekabr ayında Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçkisi baş tutacaq. Və artıq sözügedən seçkilərlə bağlı bir neçə namizəd təklif olunub. Marneulidə 20-dən artıq axundun birləşdiyi Axundlar Birliyi şeyx seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, yeni seçiləcək şeyx idarədə bir sıra islahatlar aparmalı və mövcud problemlər həll edilməlidir. Qeyd olunub ki, namizədlərin din xadimləri arasında gələcək proqramları barədə məlumatlar təqdim etmələri arzu ediləndir. Birliyin bəyanatında ən əsası qeyd olunub ki, şeyx seçkilərində əsas qərar verici Ali və elmi Şuranın tərkibinə axundlar da əlavə edilməlidir. Axundlar Birliyi tələb və tövsiyyə olunan məsələlər həll olunmadığı təqdirdə, yeni seçilən şeyxlə əməkdaşlığı dayandıracaqlarını və bu barədə ictimaiyyətə geniş məlumat verəcəkləri barədə qərar qəbul ediblər.

XXX 

Bəli, dünya aya dırmaşır, ölkələrdə yüksək vəzifələrə doğru mübarizə artır, biz isə axund seçkisi üçün baş sındırırıq... Sonra da deyirik ki, bu müsəlmanlar niyə korazehindir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN