Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 6 ildə Yunanıstana ilk rəsmi səfərini edib.

Tezadlar.az xəbər verir ki, bu barədə TRT Haber telekanalı məlumat yayıb.

Ərdoğan bundan əvvəl 2017-ci ilin dekabrında Yunanıstana səfər etmişdi.

Türkiyə liderini hava limanında Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis qarşılayıb.

Ərdoğanın səfəri zamanı Yunanıstan hakimiyyəti ilə dostluq münasibətləri və mehriban qonşuluq bəyannaməsi imzalayacağı gözlənilir.

İyun ayında Ərdoğan deyib ki, Türkiyə Yunanıstanla münaqişələrin olduğu Egey dənizində sülh yolu ilə həllinə mane olarsa, fərqli davrana bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN