Avropa Parlamentinin (AP) deputatları Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti ilə bağlı qətnamə qəbul ediblər.

Tezadlar.az Gürcüstan XİN- ə istinadla bildirir ki, Strasburqda keçirilən plenar iclasın sessiyası parlamentin saytında yayımlanıb. Qətnamənin mətnində deyilir: “Avropa Parlamenti Aİ Şurasını 2023-cü il dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul etməyə çağırır”.

 Avropa Parlamentinin üzvləri eyni zamanda Bosniya və Herseqovina ilə də oxşar danışıqların başlanmasına çağırıblar. Həmçinin onlar müəyyən tədbirlərin görülməsi şərti ilə Gürcüstana Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusunun verilməsinə dair çağırış ediblər. Digət tərəfdən, avroparlamentarilər Ermənistan hökumətinin Aİ-yə yaxınlaşmağa hazır olmasını alqışlayıb AK-dən İrəvan üçün ikitərəfli münasibətlərdə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişindən kənara çıxmaq imkanlarını nəzərdən keçirməyi xahiş edibər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN