"Etnik azlıqların əsas problemlərindən biri gürcü dilini bilməməsidir, biz mühüm islahat başladıq, artıq uşaq bağçalarında və məktəblərdə ikidilli tədris metodu tətbiq edilib".

Tezadlar.az 24News.ge- yə istinadla bildirir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin 2023-cü il hesabatını təqdim edərkən deyib. O bildirib ki, vətəndaş bərabərliyi və inteqrasiya çox vacib məsələdir: "Təbii ki, vətəndaş bərabərliyi və inteqrasiya çox vacibdir. Burada gürcü dilinin yayılmasının vacibliyinə, ümumiyyətlə gürcü dili kurslarının əhəmiyyətinə toxunmaq istərdim. Etnik azlıqların qarşısında duran əsas problemlərdən biri gürcü dilini bilməməsidir, ona görə də biz mühüm islahatlara başlamışıq, mən deyərdim ki, yeni layihənin nəticəsində artıq uşaq bağçalarında və məktəblərdə ikidilli tədris metodu tətbiq edilib. Qeyri-milli vətəndaşlara gürcü dilini uşaq bağçalarından öyrətməyə başlamalıyıq. Bu, məktəblərdə davam edəcək və hesablama metodu ilə tədris, məncə, çox vacibdir və biz daha da aktivləşdirəcəyik, genişləndirəcəyik və daha çox həmvətənlərimizi bu istiqamətə yönəldəcəyik”.

Dəfələrlə rəsmi səviyyədə də bildirilib ki, Gürcüstanlı Azərbaycanlıların dövlət qulluğunda irəli çəkilməsində əsas problem məhz gürcü dilini bilməmələridir... İnsafən, Gürcüstan hakimiyyəti bu məsələdə lazımi şərait yaratmaqda maraqlıdır və gürcü dilinin öyrənilməsinə dəstək verməyə hazır görünür...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN