"Varşava birliyi dağıldıqdan sonra Rusiya ilə ABŞ arasında razılaşma var idi. Razılaşma da ondan ibarət idi ki, NATO Rusiyanın sərhədlərinə doğru irəliləməyəcək. Daha doğrusu, NATO-nun Şərqə doğru irəliləməsi məqsədə uyğun deyildi və bu öhdəlik ABŞ tərəfindən götürülmüşdü. Təəssüflər olsun ki, ABŞ üzərinə düşən öhdəliyi yerinə yetirmədi. Varşava birliyinə daxil olan dövlətlər NATO-ya daxil edildi, o cümlədən SSRİ məkanında olan respublikalar NATO-ya inteqrasiya etmək üçün "rəngli inqilablar" adı altında dövlət çevrilişi edərək həmin dövlətlərə özlərinə münasib şəxsləri hakimiyyətə gətirərək NATO-ya inteqrasiya siyasəti başladı. Təbii ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi birbaşa Rusiya üçün təhlükə idi. Rusiya da buna adekvat cavablar verməkdə idi. Son zamanlar açıq şəkildə ABŞ və NATO bloku Rusiyanı düşmən elan edib. Rusiyanı dünyanın siyasi xəritəsindən silməsi üçün fəaliyyətini gücləndiribdir. Bu yaxınlarda Finlandiyanın da NATO blokuna daxil edilməsi, Rusiya sərhədlərinə yaxınlaşması addımlarına adekvat olaraq rəsmi Moskva özünü müdafiə etmək üçün hərbi kontingenini genişləndirir".

Bunu açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Politoloq qeyd edib ki, son vaxtlar ABŞ-nin apardığı təxribat xarakterli siyasətin məqsədi Rusiya ilə NATO bloku arasında bir savaş yaratmaqdır, eyni zamanda bu cür gərginliyin yaranması bəşəriyyət üçün də təhlükədir. "Çünki NATO bloku ilə Rusiya arasında savaş başlayarsa, bu zaman nüvə silahı işə düşə bilər və bəşəriyyət üçün daha təhlükədir. ABŞ Rusiyaya qarşı apardığı bu cür gərgin siyasət dayandırılmalıdır. Bu qarşı durmanın nəticəsi bəşəriyyət üçün böyük fəlakətlərə gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, Finlandiya ilə ABŞ arasında hərbi əməkdaşlıq barədə razılaşmalar birbaşa Rusiya əleyhinə hesablanıb. İki dövlət arasında əməkdaşlıq üçüncünün əleyhinə olmamalıdır. Bu beynəlxalq qaydalara ziddir. Təəssüf ki, bu gün ABŞ Finlandiya ilə apardığı hərbi-siyasi əməkdaşlıq Rusiyanın əlehinə düşünülüb. Əlbəttə Rusiya da bunu cavabsız qoymayacaq. Hesab edirəm, ABŞ Rusiyanın sərhədlərində gərginlik yaratmaqla Rusiyanı birbaşa təhdid edir".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN