Rusiya prezidenti Vladimir Putin və Fələstin prezidenti Mahmud Abbas telefonla Fələstin-İsrail münaqişəsinin, ilk növbədə Qəzza zolağında görünməmiş gərginləşməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə söhbətdən sonra Kremlin mətbuat xidməti məlumat yayıb.

“Fələstin-İsrail münaqişəsinin, ilk növbədə, Qəzza zolağında misli görünməmiş gərginləşməsi ilə bağlı məsələlər ətraflı müzakirə edilib”, - Kremlin bəyanatında deyilir.

Putin və Abbas Fələstin-İsrail münaqişəsi zonasında qan tökülməsinə tez son qoymağa və siyasi nizamlamanın bərpasına çağırıblar.

"Qanın tökülməsinə tez son qoyulmasının və 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan, hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda Yaxın Şərq nizamlanmasının siyasi prosesinin bərpasının vacibliyi vurğulanıb", - bəyanatda deyilir. dedi.

Putin Abbası Rusiya tərəfinin Qəzza zolağında münaqişənin deeskalasiyasına kömək etmək üçün atdığı addımlar barədə məlumatlandırıb. Rusiya prezidenti bildirib ki, Rusiya Qəzza zolağına zəruri mallar, o cümlədən dərman və tibbi avadanlıq tədarükünü davam etdirəcək. Putin Abbasın başçılıq etdiyi Fələstin rəhbərliyinin səylərini dəstəklədiyini bildirib.

Putin Abbasın Rusiyaya səfərə dəvətini təsdiqləyib.

“Fələstin prezidentinə qarşılıqlı məqbul vaxtda Rusiyaya səfər etmək dəvəti təsdiqlənib”, - bəyanatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN