İsveç Türkiyəyə qarşı tətbiq etdiyi embarqonu ləğv edərək, müdafiə ixracı üçün lisenziyalar verməyə başlayıb.

Tezadlar.az CNN-Türk-ə istinadla  xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparın açıqlamasına istinadən məlumat yayıb.

“Parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən hadisə baş verdi. İsveçin uzun sürən embarqodan sonra Türkiyəyə müdafiə ixracı üçün lisenziyalar verməyə başladığı məlum olub”, - o bildirib.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayının əvvəlində İsveç Türkiyəyə müdafiə təchizatına embarqo qoyub. Dekabrın 26-da Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu səs çoxluğu ilə dəstəkləyib və sənəd baxılmaq üçün Baş Assambleyaya təqdim edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN