Ermənistanın baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarına Yeni il müraciətində deyib ki, birlikdə keçdiyi yola baxış ağrı, təəssüf hissi gətirir.

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Baş nazir müraciətində deyib: "Ağrı və təəssüf haqqında çox danışdıq və danışırıq, amma bu Yeni il ərəfəsində sizə baş əyib hər biriniz üçün qürur duyduğumu bildirmək istəyirəm ki, çiyinlərimdə dözülməz bir yükə sahib olduğumuz üçün müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirməyin ən çətin yolu ilə dövlətimizi – Ermənistan Respublikasını idarə edə bildik və bacarırıq. Sizdən bir növ cinayət törətdiyim üçün və ya heç olmasa bir anlıq qarşınızda hər hansı məsuliyyət, yaxud öhdəliyi unutduğum üçün deyil, nə hiss etdiyinizi bildiyim və eyni şeyi hiss etdiyim üçün üzr istəyirəm”, - deyə hökumət başçısı vurğulayıb. Baş nazirin sözlərinə görə, keçdiyi yol haqqında düşünəndə anlayır ki, bu tarix doğru və yanlış qərarların dərk edilməsindən kənardır. Paşinyan qarşıda yeni sınaqların, çətinliklərin mövcud olduğunu və onlardan sığortalanmadıqlarını da etiraf edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN