Avqustun 30-da - bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib.

Nazir bu barədə tviter səhifəsində yazıb.

"Qızıl hərflərlə Türk tarixinə yazılan, Qazi Mustafa Kamal Atatürkün başçılığı altında Türkiyə Ordusunun yazdığı qəhrəmanlıq dastanı - 30 avqust Zəfərinin 99-cu ildönümündə can və qan qardaşlarımızı təbrik edirik", - deyə nazir qeyd edib.

Xatırladaq ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.

Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.

İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan edilib.

Qeyd edək ki, avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN