"Cənab Saakaşvili planlarını bazar ertəsi açıqlayacağını vəd edir. O, siyasətçi deyil, karikaturadır".

Bu sözləri "Gürcüstan Naminə" partiyasının lideri Giorgi Qaxaria deyib. O, "Gürcü Arzusu" və "Vahid Milli Hərakat" partiyaları arasında heç bir fərq olmadığını deyib: "Bizim üçün Gürcü Arzusunun necə hərəkət edəcəyinin heç bir mənası yoxdur. Onlar öz gücsüz siyasətləri ilə Vahid Milli Hərəkatı yenidən hakimiyyətəmi qaytaracaqlar, yoxsa Milli Hərəkatın istifadə etdiyi metoddanmı istifadə edəcəklər? Sakaaşvili bəy deyir ki, bazar ertəsi öz planları barəsində bizlərə məlumat verəcək. Bu gün bu insanı Gürcüstana gətirmək sadəcə və sadəcə Gürcü Arzusunun maraqlarındadır. Ümumiyyətlə, hər birimiz başa düşək ki, Saakaşvili bir siyasətçi olaraq mövcud deyil, o karikaturadır. Onu dünyada ciddi olaraq qəbul edən sadəcə Gürcü Arzusudur. Mən Vahid Milli Hərəkat və Gürcü Arzusu arasında böyük fərq görmürəm. Düzdür bu gün Gürcü Arzusunda bizim bir çox dostumuz olan dəyərli insanlar var. Heç kim ölkənin son illərdə çatdığı hədəfləri inkar etmir və heç kim demir ki, bütün bunların üzərindən xətt çəkməliyik. Əksinə, biz bütün əldə edilən nəaliyyətləri Gürcüstan vətəndaşları üçün saxlamalı və bunu Gürcü Arzusunun etdiyi ağılsız addımlardan qorumalıyıq,"-deyə G. Qaxaria bildirib.

Xatırladırıq ki, Saakaşvili Gürcüstana qayıdacağını bəyan edəndən ona qarşı belə bir kampaniya aparılır. Gürcüstanın hakim komandasının əksər üzvləri onun ölkəyə gələn kimi həbs ediləcəyini deyirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN