Azərbaycan isə Xankəndini tələb edib suverenliyini bu şəhərdə təmin etməlidir…

…ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və 26 il ərzində nəyə qadir olduğu Zəfər müharibəmizin ortalarında təcili olaraq Bakıya gəlib Prezident İlham Əliyevlə görüşmək istədikləri ilə bir daha müəyyənləşdi… İlham Əliyev bu «troyka»lara birbaşa dedi ki, mən sizi çağırmamışam, nəyə gəlmisiniz və niyə bu 26 il ərzində belə həyacan içində olmadınız??? 

 Abır yaxşı şeydir. ATƏT-in Minsk Qrupunda isə bunun çatışmazlığı aydın şəkildə görünür. Budur, Rusiyadan olan həmsədri İqor Xovayev Xankəndidə separatçılarla görüşüb qondarma «DQR»ın rəhbəri Araiklə nəyisə müzakirə edir… Bu hərəkət Moskvanın tərəf tutduğunu, ədalətsiz olduğunu və Azərbaycanın suverenliyini pozduğunu, separatçılara dəstək verdiyini bir daha nümayiş etdirir. Bu cür davranışlar Azərbaycanı Rusiyadan, Rusiyanı isə sülhməramlıqdan daha da uzaqlaşdırır. Azərbaycan ərazisinə 1828-ci ildə məqsədli şəkildə köçürülmüş, sığınacaq verilmiş ermənilərlə separat danışıqlar yolverilməzdir. Nədir, onlara dövlət qurmaq istəyirlər?! Rusiya oynadığı oyunun mahiyyətini özü dərk etməlidir. Ona Ermənistan lazımdırsa, bu qondarma ölkə Qarabağda deyil, sərhədimizin o biri tərəfindədir… Və düşünürəm ki, belə bir şəraitdə Azərbaycanın tələbləri artırılmalı və təcili olaraq Xankəndini tələb etməlidir. Bu şəhərdə və ətrafında Azərbaycanın suveren hüquqları təmin edilməlidir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN