Saakaşvili: “Bu gün burada - Strasburqda Avropa parlamentarları mənə nəticəyə əsasən sonuna qədər gedəcəklərini bildirdilər”

Avropa Parlamentinin deputatı Marina Kaljurand Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini vətənində vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb. O, bu barədə keçmiş Gürcüstan lideri ilə görüşdən sonra bildirib. (İmedi TV)

Deputat bildirib ki, görüşdə əsasən Gürcüstanda oktyabrın 2-də yerli özünüidarə orqanlarına keçiriləcək seçkiləri müzakirə ediblər. Kaljurand Saakaşvilinin Gürcüstanda həm sevənlərinin, həm də sevməyənlərin olduğunu bildirib. Həmçinin sabiq prezidentin tanınmış şəxs olduğunu, ölkədəki vəziyyətə ölkə xaricindən də təsir etmək imkanı olduğunu söyləyib.

 Deputat Saakaşviliyə ora qayıtmasını qadağan etmək haqqı olmadığını, “qərarı o, özü verməlidir”, - deyə vurğulayıb.

Bundan başqa, AP deputatı Twitter -də də Saakaşvili ilə görüş barədə yazıb: "Avropa Parlamentinin deputatları ilə Mixeil Saakaşvili arasındakı görüşdə onu təxribatlardan çəkinməyə və siyasi kapitalından istifadə edərək Gürcüstanda seçkiqabağı vəziyyətin depolarizasiyasını təşviq etməməyə, 2 oktyabr yerli seçkilərindən sonra ATƏT / DTİHB qərarına hörmət etməyə çağırdım", - deyə Marina Kaljurand qeyd edib.

 Saakaşvili isə Avropa Parlamentinin üzvlərinin ona dəstək olduqlarını və tərəfini tutduqlarını bidirib. Onun sözlərinə görə, görüşlərin məqsədi ölkəyə necə və hansı yolla gələcəyini müzakirə etməkdir.

Gürcüstan KİV-nin məlumatına görə, o, həmçinin Mişelin razılaşmasından hansısa bir tərəfin çıxmasının Avropa üçün qəbuledilməz olduğunu və “Gürcü Arzusu”nun yerli seçkilərdə 43%-dən az səs yığacağı təqdirdə, növbədənkənar parlament seçkilərinin təyin olunması üçün Avropa Parlamentinin onlara təzyiq edəcəyini də bildirir: "Onlar Gürcüstana gəlməyimlə bağlı veriləcək qərarın tamamilə mənə aid olduğunu, çünki bunun mənim üçün çox böyük bir risk olduğunu, bununla yanaşı mənə dəstək olduqlarını və tərəfimi tutduqlarını dedilər. Hətta içlərindən biri seçkilərin sabahsı günü getsən daha yaxşı olmazdımı söylədi. Mənim Gürcüstana gəlməyimə kimsənin şübhəsi belə olmasın, sadəcə bu günkü görüşlərdə mənim oraya necə getməyimlə bağlı müzakirələr apardıq. Mənim xalqımın yanında olmaq haqqım var, kimsə buna şübhə ilə baxa bilməz. Bu, sadəcə taktika baxımdan müzakirə idi, əlbəttə ki, öz qərarımı yekun olaraq özüm verəcəm. Mən isə artıq qərarımı vermişəm, bu seçkilərdə Gürcüstana gələcəm, sonuna qədər müzakirə aparacam, Avropa Birliyinin razılaşmasından “Gürcü Arzusu”nun çıxmasına icazə verməyəcəm. Bu razılaşma qüvvədədir, kiminsə çıxması Avropa Birliyi tərəfindən qəbuledilməzdir. Onlar 43%-dən az səs yığdığı zaman, Avropa onları növbədənkənar parlament seçkiləri keçirməyə məcbur edəcək və mənim bu görüşlərimin əsas səbəbi də elə budur, onlar növbədənkənar parlament seçkiləri keçirməyə məcbur qalacaqlar. Onlar 1% belə yığsaq, yenə də növbədənkənar seçkilər keçirilməyəcək deyirlər, lakin bu gün burada - Strasburqda Avropa parlamentarları mənə nəticəyə əsasən sonuna qədər gedəcəklərini bildirdilər", - deyə M. Saakaşvili bildirib.

Bəli, Saakaşvili Gürcüstana qayıdacağı barədə artıq qəti qərar verdiyini açıqlayıb. Nəticəsi isə cəmi 16 gün sonra hamıya məlum olacaq...

Y.MƏMMƏDLİ

  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN