“Heç kim məni sıxışdırmır. Mən sona qədər bu yarışdayam" deyib.

 ABŞ prezidenti Co Bayden Donald Trampla uğursuz debatdan sonra namizədliyini geri götürmək və prezidentlik yarışını tərk etmək fikrində olmadığını bildirib.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 “ Mən Demokratların namizədiyəm. Heç kim məni sıxışdırmır. Mən getmirəm. Mən sona qədər bu yarışdayam və biz qalib gələcəyik" - , Bayden bunu namizədlik kampaniyasını aparan bütün əməkdaşlar ilə telekonfransda açıqlayıb.

  O, "son bir neçə gün çətin keçdi" etirafını da edib.

 İclasda Baydenin namizədliyini irəli sürməmək qərarına gəldiyi təqdirdə onun yerinə mümkün sayılan vitse-prezident Kamala Harris də iştirak edib.

 Bir gün əvvəl Bayden və Harris virtual olaraq və şəxsən 24 Demokrat qubernatorla görüşüb, onları yenidən seçilməyə hazır olduğuna inandırdılar.

Həmin görüşdən sonra Nyu-York, Minnesota və Merilend qubernatorları media qarşısında çıxış edərək Baydeni dəstəkləməyə davam edəcəklərini bildiriblər.

 Daha əvvəl “New York Times” mənbələrə istinadən xəbər vermişdi ki, Bayden yaxın günlərdə ictimai rəyi dəyişdirə bilməsə, namizədliyini geri götürməyi düşünür. Ağ Ev bu iddianı “tamamilə yalan” adlandırıb.

 CNN mənbələrə istinadən yazır ki, Bayden ailəsi, o cümlədən birinci xanım Cil Bayden onun seçkidə iştirak qərarını tam dəstəkləyir.

 Baydenin keçmiş köməkçisinin sözlərinə görə, prezident və xanımı bir-biri ilə məsləhətləşmədən mühüm qərarlar qəbul etmirlər.

 Qeyd edək ki, Bayden və Tramp arasında ilk seçki debatı iyunun 27-də Corciya ştatının Atlanta şəhərindəki CNN studiyasında baş tutub. Kanalın izləyicilərinin qiymətləndirməsinə görə, 67% respublikaçının, 33% isə demokratların qalib gəldiyini fikirləşiblər.

Tez-tez kəkələyən və çaşqınlıqla danışan 81 yaşlı Baydenin zəif performansı Demokratik Partiya daxilində çaxnaşmaya və onun yaşını nəzərə alaraq namizəd olub-olmayacağı ilə bağlı fərziyyələrə səbəb olub.

 Bəzi donorlar və Demokrat millət vəkilləri açıq şəkildə prezidenti yarışdan çıxmağa çağırıblar.

 Debatdan sonra ABŞ mediasında aparılan son sorğular Trampın Baydeni qabaqladığını göstərib. Məsələn, New York Times qəzetinin sorğusu göstərdi ki, Tramp 49%, Bayden 43% səs qazanıb.

Lakin prezidentlik yarışında kimin qalib gələcəyini yalnız seçki sonunda bilmək mümkün olacaq – fərziyyələrə və sorğulara baxmayaraq… Qarşıdakı seçkidə amerikalıların hansı namizədə səs verərək  ABŞ-ın 47-ci prezidenti seçəcəkləri, bütün dünya üçün maraqlıdır və gedişat diqqətlə izlənməkdədir...

 

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN