"Xüsusilə vurğuladığım başqa bir məsələ də PKK/YPG-nin Moskvada olması idi."

Bunu Prezident Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib. (trt)

Prezident Ərdoğan "Xüsusilə vurğuladığım başqa bir məsələ də PKK/YPG-nin (separatçı terror təşkilatı) Moskvada olması idi. Onlara bunu xatırlatdım. Eyni şəkildə bu təşkilat ABŞ-dakı Ağ Evdə qonaq edildi. Məlum amerikalı (Orta Şərq və Şimali Afrika Koordinatoru Brett) Maykqurk adlı şəxs var. Bu adam demək olar ki, terror təşkilatlarının idarə edir və istiqamətlənidir. Bu adam eynilə PKK/YPG/PYD-in direktoru kimidir. Təbii ki, bu açıqlamam ciddi şəkildə narahat edəcək bəzi insanları. Bunu da bilirik. Amma bu, terror təşkilatları ilə qol-qola gəzən adamdır.  Mənim terrorçularla mübarizə apardığım bir bölgədə onlarla qol-qola gəzməsi məni ciddi narahat edir. Bu terror təşkilatları ilə iç-içədir, bir yerdədir, bu da onun öz mövqeyini ifadə edir. Gec-tez Amerika bu yeri tərk etməli və burası Suriya xalqına buraxılmalıdır. Terorla mübarizə mövzu ilə bağlı həmrəyliyimizi  daha da artırmağımız vacibdir", - deyə bildirib. 

"TEZADLAR.AZ"

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN