"Mən heç bir vəzifə istəmirəm, sadəcə yaşamaq, azadlıq və Gürcüstanda xoşbəxt insanlar arasında sərbəst hərəkət etmək istəyirəm"

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu sözləri həbsdə olan üçüncü prezident Mixeil Saakaşvili, əhaliyə ünvanladığı növbəti məktubunda qeyd edib. Onun sözlərinə görə, Saakaşvilini yalnız Gürcüstan xalqı azad edə bilər: "Məni tamamilə gülünc ittihamlarla həbs edən rejimin əfv edəcəyini gözləməyin, belə bir ümidiniz olmasın. Mən Putinin şəxsi məhbusuyam. Onlar birbaşa Moskvadan göstərişlər alırlar və buna görə də məni yalnız Gürcüstan xalqı azad edə bilər, bununla da həm özünüzü həm də məni azad edəcəksiniz. Mən heç bir vəzifə istəmirəm, sadəcə yaşamaq, azadlıq və Gürcüstanda xoşbəxt insanlar arasında sərbəst hərəkət etmək istəyirəm",-deyə Saakaşvili məktubunda qeyd edib. Xatırladaq ki, Mixeil Saakaşvili artıq 35 gündür aclıq aksiyası keçirir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN