Gürcüstanın sabiq  prezidenti Mixeil Saakaşvilinin anası Giyuli Alasaniya Ukrayna prezidenti Vladimir Zelenskidən kömək istəyib.

O, bu barədə Facebook-da videomüraciət edib.

 Alasaniya gözü qarşısında oğlunun öldürüldüyünü bildirib. O qeyd edib ki, Saakaşvili artıq aclıq aksiyasının 35-ci günündədir, onun başına hər şey gələ bilər və həbsxana xəstəxanasında ona ixtisaslı yardım göstərilə bilməz.

 “Mən Cənab Zelenskiyə müraciət etmək istəyirəm, o, bizə əvvəllər də dəfələrlə kömək edib. Amma indi onun dəstəyinə və köməyinə xüsusi ehtiyacımız var. Mixeilin buraya - Ukraynaya transferini hansısa formada təşkil etmək lazımdır ki, o, burada müvafiq müalicə və qayğı görsün ki, sağ qala bilsin”, - deyə Alasaniya bildirib.

Xatırladaq ki, daha əvvəl də Ukraynalı deputat Yelizaveta Yasko həyat yoldaşı Mixeil Saakaşvilinin həbsi ilə əlaqədar Ukrayna hakimiyyəti, Avropa İttifaqı və ABŞ-a müraciət ünvanlamışdı.

“Mixail Saakaşvili Ukrayna vətəndaşıdır, biz onu qorumalıyıq!” - deyə Yasko bildirmişdi.

Qeyd edək ki, Ukraynanın Ombudsmanı Lyudmila Denisova Mixeil Saakaşvilinin anası Giyuli Alasaniya ilə görüşüb və ombudsman Gürcüstan rəhbərliyini Saakaşvilinin sağlamlığı ilə bağlı vəziyyətinə reaksiya verməyə çağırıb.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN