“Əfsuslar olsun ki, strateji səbrimiz düzgün başa düşülmədi, Ermənistan bundan nəticə çıxarmadı. 27 sentyabrda təxribat daha geniş müstəviyə keçdi”.

Bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında Xarici işlər naziri Ceyhun Bayramov bildirib.

XİN rəhbəri deyib ki, Azərbaycan BMT Nizamnaməsinə əsasən əks-hücum əməliyyatına başladı, bunun ilk gündən Vətən müharibəsi olduğunu bildirdi: “Azərbaycan əsgəri öz torpağında döyüşdü, sərhədlərini bərpa etdi”.

C.Bayramov qeyd edib ki, ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev deyirdi ki, düşmən torpaqlarımızdan çıxmaqla bağıl tarix vesin, dayanaq: “Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun müharibə apardı. Əfsuslar olsun ki, qurbanlar olmadan müharibə mümkün deyil.10 min kvadrat metrdən çox ərazi azad edildi, iki ordu qarşı-qarşıya gəlmişdi. Belə bir müharibədə mülki qurbanların sayı dünyanın digər ölkələrində belə müharibədə olan mülki qurbanların sayından dəfələrlə azdır. Bu, dunya tarixində ən qısa müddətdə və ən az mülki itkilərlə yadda qalacaq bir müharibədir. Ermənistan isə ballistik raketlərlə gecə saatlarında ölkəmizin ikinci böyük şəhəri Gəncəni, digər şəhərlərimizi vuranda, mülki insanlarımız həlak olanda biz cavabı ancaq döyüş meydanında verdik. Prezidentin dediyi kimi, Ermənistan qalan torpaqlarımızı azad etməyfə razılaşandan sonra biz dymandıq. Çünki sözümüz imzamız qədər dəyərlidir ”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN