ABŞ Ukrayna və Gürcüstan məsələsində dirəniş göstərir... 

"Ukrayna və Gürcüstan tələblərə cavab verərsə, NATO-ya üzv olmaq üçün irəliləyə bilər". 24News.ge xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. "Alyans 2008-ci ildə təsdiqlədi ki, Ukrayna və Gürcüstan üçün açıqdır. Əgər onlar üzvlük üçün müraciət etməyə və tələblərə cavab verməyə davam etsələr, bu, onları NATO-ya yaxınlaşdıracaq. NATO yarandığı gündən açıq şəkildə bəyan edib ki, qapıları üzvlüyə can atan və lazımi meyarlara cavab verən istənilən Avropa ölkəsi üçün açıq olacaq", - deyə E. Blinken qeyd edib. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN