Nəhayət, Ermənistanda anlamağa başlayəblar ki, Rusiyaya ümid edən dövlətsiz də qala bilər...

Ona görə də bölgədə, xüsusən də, Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmağa məcburdurlar. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara və İrəvan münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edəcəklər. Nazir bunu ölkə parlamentindəki çıxışında deyib. "Biz münasibətlərin normallaşması üçün bütün addımları yalnız Azərbaycanla birlikdə atacağıq", - Türkiyənin xarici işlər naziri bildirib. Çavuşoğlu İstanbul və İrəvan arasında çarter reyslərinin bərpa olunduğunu da açıqlayıb.

Bəli, tarix haqqın kim olduğunu deməkdədir... Ermənistan üçün isə siyasi ərköyünlük limiti artıq bitib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN