...Mixail Saakaşvilinin azadlığının tələb edildiyi bir vaxtda, o, qalmaqallı bəyanatla hakimiyyəti bərk əsəbləşdirib...

"DTX-nın ləğvindən sonra DTX binasında klub açılmalıdır", -deyən eks prezident Mixeil Saakaşvili gecə klublarının fəaliyyəti ilə bağlı məktubunda belə qeyd edib. Saakaşvili klubların nümayəndələri ilə həmrəy olduğunu bildirib: "Gürcüstanın klub mədəniyyəti bütün dünyada məşhurların əsas məhsullarından biridir və biz hamımız bununla fəxr edirik. Mən bir çox ukraynalılardan, avropalılardan, amerikalılardan eşitmişəm ki, Tiflis və Batumidə dünyanın ən yaxşı gecə klubları var. Onlar azadlıq mədəniyyətinin mühüm hissədir. Kiyevdə demək olar ki, heç bir klub bağlanmırdı və hətta epidemiya zamanı yeni klublar açıldı və Tbilisidəkindən daha az adam kovitdən öldü. İndi biz peşəkarları itiririk və bu sahədə gürcülərə həm Ukraynada, həm də Avropada böyük tələbat var. Klub işçiləri ilə tam həmrəyliyimi bildirirəm. DTX-a ləğv edildikdən sonra onun binasında bir klub da açılmalıdır. Sizi inandırıram, zarafat etmirəm və siz tezliklə bunun şahidi olacaqsınız!”, - deyə Saakaşvili qeyd edib. Xatırladaq ki, pandemiya ilə bağlı gecə klublarının fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, tədbirlər keçirən klublara cərimə tətbiq olunur. Bunlardan biri ötən gecə “Basian” klubu olub və Əmək Müfəttişliyi Xidməti onlar 10 min lari cərimə tətbiq edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN