"Prezident Ilham Əliyevin 60 illik yubileyində Müzəffər Ali Baş Komandan kimi məhz Hadruta və Şuşaya səfəri, Hadrutda Azərbaycan Silahlı Qüvvələri üçün yeni hərbi birləşmə forması olan komando birliklərinin yerləşəcəyi hərbi hissənin açılışında iştirakı təsadüfi deyildi"

Milli Məclisin deputatı Könül Nurullayeva "Təzadlar"a açıqlamasında əlavə olaraq bunları bildirdi: "...Bu, müzəffər xalq, müzəffər Ali Baş Komandan və müzəffər dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Komando birliklərinin yaradılması Azərbaycanda ordu quruculuğu sahəsində ilk təcrübədir. İlk təcrübənin strateji əhəmiyyətə malik olan Hadrutda tətbiq olunması isə ilk növbədə region üçün istənilən mümkün təhlükənin qarşısını almağa hesablanıb. Hərbi  mütəxəssislərin də qeyd etdiyi kimi, komanda birləşməsi verilən tapşırığı dərhal yerinə yetirəcək. Hadrutun hərbi-siyasi əhəmiyyətinə gəlincə, dövlət başçımızın da qeyd etdiyi kimi, Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Hətta Hadrut işğalçılardan azad ediləndən bir neçə gün sonra onlar özlərinə xas yalanlar yayaraq Hadrutun, sanki onların əlində olması haqqında iftiralar uydururdular. Halbuki həmin vaxt Azərbaycan bayrağı Hadrutda qaldırılmışdı. Əslində Ermənistan tərəfinin Hadrutla bağlı dezinformasiya yayması səbəbsiz deyildi, bu, Ermənistan ordusunun aşağı səviyyədə olan mənəvi-psixoloji vəziyyətinə hesablanmış siyasət idi. Təsadüfi deyil ki, məhz Hadrut işğaldan azad edildikdən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş yayılmışdı. Bu gün isə Hadrutda komando birliklərinin yerləşdiyi hərbi hissənin açılışı Ermənistanda revanşist əhval-ruhiyyədə olanlara necə deyərlər, tərs sillə oldu. Azərbaycanın Ali Baş komandanı Hadrutdan mesaj unvanlayaraq, revanşistlərə yerini göstərdi və xəbərdarlıq etdi. Komando briqadasının Hadrutda yerləşməsi bu mənanı ifadə edir ki, Xocavənd istiqamətində vəziyyət tam şəkildə Azərbaycan Ordusunun nəzarətindədir. Ali baş komandan İlham Əliyev qeyd etdi ki, bu cür hərbi hissələrin sayı getdikcə artacaq. Bu da ordu quruculuğu sahəsində növbəti  inkişaf mərhələsinin başlanğıcıdır. 2020-ci il 44 günlük Vətən müharibəsində peşəkarlıq, fiziki-mənəvi hazırlıq, vətənpərvərlik, fədakarlıq sayəsində Hadrut da daxil olmaqla digər tarixi torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri bu gün sərhəddə və bütövlükdə bölgədə daha da möhkəmlənir. Bu, regionun gələcək təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. 44  günlük Vətən müharibəsindən sonra Azərbaycan həm də regionun təhlüksəzilik qarantına çevrilib. Azərbaycan ordusu ərazi bütövlüyümüz başda olmaqla yeni mərhələdə bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması missiyasını da şərəflə yerini yetirir...".

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN