Rusiya Ukraynadakı müharibəsinə kənardan qüvvələr cəlb etməkdədir.

Be4lə ki, Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingentin bir hissəsinin  Ukraynaya köçürüldüyü deyilir. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumatda qeyd olunur ki, işğalçı qoşunların itkilərini təcili olaraq bərpa etmək üçün Rusiya Silahlı Qüvvələri sülhməramlı kontingentin bir hissəsini Qarabağdan Ukraynaya köçürür.

 

Həmçinin vurğulanır ki, mövcud məlumatlara görə, başqa ölkələrdən çoxlu sayda muzdlu döyüşçülər cəlb olunur. Söhbət Suriya və Serbiyadan gedir. Eyni zamanda, Ukrayna ərazisində döyüş əməliyyatları aparmaq üçün əlavə bölmələr hazırlanır. Belə ki, mövcud məlumata görə, martın 9-10-da Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının (Gümrü, Ermənistan) 800 hərbçisi daha sonra döyüş bölgəsinə göndərilmək üçün Rusiya Federasiyasına aparılıb.

Bu gün Rusiyanın Hərbi kontingenti Ukraynada çoxsaylı raket zərbələri ilə yadda qalıb. Baxmayaraq ki, müharibənin dayandırılması üçün atəşkəs və sülh danışıqları da davam edir. İndiyədək Rusiya və Ukrayna nümayəndələri üç dəfə görüşüblər. Lkin hələki müsbət irəliləyiş yoxdur.

Bu dəqiqələrdə isə Moskvada müharibə əleyhinə kütləvi mitinqə cəhdlər vardır.

Sevinc MURADXANLI 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN