…Ukraynada döyüşmək üçün başqa ölkələrdən könüllü dəstələrin gəlməsini başa düşmək olar. Çünki təcavüzə məruz qalıb, təcavüz edən isə 70 ildən çoxdur böyük hərbi arsenalı, nüvə başlıqları ilə öyünən, dünyanı atom bombası ilə hədələyən Rusiyadır.

İndi Rusiyanın ötən illərdə hərbi yardım üçün əl açan və yardım etdiyi Suriyadan muzdlu döyüşçüləri çağırması bir az qəribə görünür. Avropa Mətbuat Federasiyasının üzvü, araşdırmaçı jurnalist Asif Mərzili bu barədə özünün facebook səhifəsində belə yazıb: «…Rusiya üçün həqiqətən də gülməli və bəlkə də ağlamalı vəziyyətdir. Necə ola bilər ki, hərbi arsenalı ilə dünyaya meydan oxuyan, iki il əvvəl Suriya prezidenti Bəşər Əsədin yalvar-yapışından sonra bu ölkəyə hərbi yardım edən Rusiya indi özü Suriyadan -ona əl açmış zəlil ölkədən muzdlu döyüşçü dəvət edir?! İkincisi, Suriyalı muzdluların Ermənistana gəlib oradan da Rusiyaya keçəcəyi deyilir. Yenə də harda axmaq bir iş var, Rusiya onu Ermənistanın vasitəsi ilə edir. Qarabağın işğalı kimi… Və bu gün həm də məlum oldu ki, Rusiya Çindən də hərbi yardım istəyib. Belə çıxır ki, Rusiyanın hərbi arsenalı barədə deyilənlər mif imiş və hətta Suriya da Rusiyadan o mənada güclüdür… Hansı ki, Putin 72 saata Kiyevdə oturacaqlarını demişdi. 21 gündür Ukraynanın dirənişi qarşısında hərbi texnika və canlı qüvvə itirən Rusiya bu müharibədə ən zəif tərfini dünyaya göstərdi. Belə çıxır ki, artıq istənilən ölkə Rusiyaya müharibə elan edə bilər, çünki…».

Elçin Cəfəroğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN