MİLLİ MƏCLİSDƏ XARİCİ KİV NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Sentyabrın 2-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Nigar Arpadarai və Məzahir Əfəndiyev BMT-də akkreditə olunmuş bir qrup xarici KİV nümayəndəsi ilə görüşüblər.