“PSJ”nin argentinalı hücumçusu Lionel Messi BBC Sports tərəfindən 2022-ci ilin ən yaxşı idmançısı seçilib.

Qeyd olunduğu kimi, Messi komandasına son 36 ildə dünya çempionatında ilk qələbəsini qazandıraraq, turnirin ən yaxşı oyunçusu olub. Final görüşündə Argentina Fransa komandası ilə qarşılaşıb və penaltilər seriyasında qalib gəlib (4:2). Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar yenə qol mübadiləsi aparıblar (3:3).

Turnirdə Messi 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentinalı qrup mərhələsində Səudiyyə Ərəbistanı (1:2) və Meksika (2:0) ilə görüşdə iki qol vurub. Pley-off mərhələsində Lionel Avstraliyaya (2:1), Hollandiyaya (2:2, penaltilər üzrə (4:3), Xorvatiyaya (3:0) və iki dəfə Fransaya (3:3, 4:2 penalti) qol vurub. Eyni zamanda, hücumçu 11 metrlik məsafədən də 4 qol vurub.

 Həmçinin argentinalı futbolçu bu il Fransa çempionu və Fransa Superkubokunun da sahibi olub.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA