Ukraynada 2024-cü il iyunun 1-dən əhali üçün elektrik enerjisinin qiyməti 1,5 dəfə artacaq. Ali Radanın deputatı Aleksey Kuçerenko hökumətin belə planlarını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.
“Hökumət həqiqətən elektrik enerjisinin qiymətlərini artırmağa hazırlaşır. Düşünürəm ki, bu, iyunun 1-dən baş verəcək. Bilirəm ki, hər kilovat üçün 3,5-4,0 qrivna, yəni təxminən 1,5 dəfə qiymət müzakirə olunur”, - o deyib.
Əvvəllər Ukraynanın “Ukrenerqo” şirkəti sənaye istehlakçıları üçün elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq edib. Aydınlaşdırılıb ki, Ukraynanın elektrik sistemində hətta Avropadan idxalın köməyi ilə də örtülə bilməyən kəsir var. Bu səbəbdən ölkənin bütün ərazilərində nəzarətli istehlak məhdudiyyətləri tətbiq edilib.
E.ŞİRİNOV