CSKA gənclərdən ibarət qadın futbol klubunun qapıçısı Viktoriya Vinoqradova 17 yaşında dünyasını dəyişib.
Bu barədə Moskva komandasının saytı məlumat yayıb.
Ölümün səbəbləri açıqlanmayıb. Futbolçunun məzuniyyətdə olduğu qeyd edilir. CSKA idmançının yaxınlarına başsağlığı verib. "Biz Vikanı təkcə yaxşı oyunçu kimi deyil, həm də gözəl insan kimi xatırlayacağıq: mehriban, rəğbətli, laqeyd deyil, hər zaman kömək etməyə hazırdır", - komandanın açıqlamasında deyilir.
Vinoqradova 2022-ci il mövsümündə CSKA-nın gənclərdən ibarət komandasında çıxış edib, lakin heyətdə bir dənə də olsun oyun keçirməyib. Komanda gənclər çempionatının turnir cədvəlində yekun yeddinci yeri tutdu.
E.ŞİRİNOV