booked.netbooked.net booked.net  

Media və Mülki Cəmiyyət İctimai Birliyi əhaliyə pulsuz hüquqi yardım göstərəcək...

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Əhaliyə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər” mövzusunda yeni layihəyə start verib. Sentyabr ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə "Təzadlar"a layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib. X.Əhmədov bildirib ki, layihədə əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına, fiziki imkanları məhdud insanlara, şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğının artırılması, onlara pulsuz hüquqi yardım göstərilməsinin təşkili nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin həssas qrupların ərizə və müraciətlərinə dövlət orqanları tərəfindən baxılması vəziyyətinin öyrənilməsi və onlara hüquqi yardım göstərilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Olduqca əhəmiyyətli və əhalinin maariflənməsinə, eləcə də hüquqi yardıma ehtiyaclı insanlara dəstək mahiyyətli layihədir.

A.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN