booked.netbooked.net booked.net  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 4 saylı filialı ilə birgə Milli Qəhrəman Çingiz Mustafayevin anadan olmasının 62-ci ildönümü ilə bağlı tədbir keçirib.

Baş İdarədən bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxananın əməkdaşları R.Mustafayeva və V.Məlikqasımova Çingiz Mustafayevin həyat və fəaliyyətindən danışıblar.

Bildirilib ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Atası onu hərbçi görmək istədiyindən, Çingiz Cəmşid Naxçıvanski adına hərbi liseydə 3-cü sinifdən 10-cu sinfədək təhsil alıb. Lakin o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olub. 1977-ci ildə Yasamal rayonundakı 167 nömrəli orta məktəbi bitiribr.

Özünü islahatçı-novator görən Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi tanınıb. 1981-ci ilin sentyabr ayında Ç.Mustafayevin başçılığı altında 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaradıb. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran Ç.Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyib. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilib.

1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Həmin müddət vaxtı Çingiz Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açıb. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanıb. Birlik Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü olub.

1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub.

Natıqlər Ç.Mustafayevin onun 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televeziyasında reportyor kimi fəaliyyət göstərdiyini qeyd ediblər.

“Çingiz Mustafayevin Azərbaycan haqqında gerçəkləri əks etdirən reportajları informasiya blokadası olan dövrdə Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət Televeziyasında mövcud olan senzurada ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq “215 Kl” studiyası adlı qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan bir çox izləyicilər “215 Kl” studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar Çingiz Mustafayevin müəllif yaradıcılığı idi. Çingiz Mustafayev Xocalı soyqırımı haqqında çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O, 1992-ci il iyunun 15-də Əsgəran rayonunun Naxçivanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub”, - deyə kitabxana əməkdaşları vurğulayıblar.

Qeyd edək ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli Fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN