booked.netbooked.net booked.net  

Qazaxıstan Milli Məclisinin plenar iclasında “Kinematoqrafiya və mədəniyyət haqqında” qanuna dəyişikliklərə baxılacaq.

Qazaxıstan KİV-nin məlumatına görə, qanun layihəsi üzərində işin gedişində deputatlar dövlət başçısının Milli Qurultayın 2022-ci il iyunun 16-da keçirilən iclasında verdiyi tapşırıqları yerinə yetirmək üçün “Qazaxıstan Respublikasının Qanununa aşağıdakı dəyişikliklər edilib:

 Qazaxıstan Respublikasında bayram günləri : 25 oktyabrı Milli bayram – Respublika Günü, 16 dekabr – Müstəqillik Gününü isə dövlət bayramı kimi müəyyən edilsin.

Həmçinin qeyd edilir ki,1 dekabr - Birinci Prezident Günü dövlət bayramları siyahısından çıxarılsın.

 Xatırladaq ki,  Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə qeyd edilən bayram (Elbası) 2011-ci ilin dekabrında təsis edilib. Plenar iclasların birində senatorlar bayramlar haqqında qanun qəbul edərək, dövlət başçısı Nursultan Nazarbayevin ölkə qarşısındakı müstəsna xidmətlərini qeyd etmək məqsədilə dekabrın 1-ni bayram günü kimi təsis ediblər.

Qeyd edək ki, dekabrın 1-i tarixi də bayramı qeyd etmək üçün təsadüfi seçilməyib. Məhz 1991-ci ilin bu günü Qazaxıstanda ilk xalq seçkiləri keçirilib və bu seçkilərdə Nazarbayev 98,7% səs qazanıb.

1991-ci il dekabrın 16-da Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət müstəqilliyini elan etdi və Nursultan Nazarbayev Qazaxıstan Respublikasının ilk prezidenti oldu.

Birinci prezidentin 6 may 1998-ci il tarixli fərmanı ilə Akmola şəhərinə Astana adı verildi və 21 ildən sonra bu şəhər Nazarbayevin şərəfinə Nur-Sultan adlandırıldı.

2010-cu il iyunun 15-də isə Nursultan Nazarbayevə  - millətin lideri (Elbası) statusu verildi.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN