booked.netbooked.net booked.net  

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində ikiaylıq “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihəsini həyata keçirməyə başlayıb.

İctimai Birliyindən verilən məlumatlara görə, 1 sentyabr – 1 noyabr 2022-ci il tarixlərində gerçəkləşəcək fəaliyyətlər həm də Azərbaycanda elektron kitabxana və e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəlib və əsasən 3 məsələyə həsr olunub: 1) İnternet resurslarında Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alıb, yeni virtual mütaliə məhsullarını hazırlamaq. 2) Şuşada keçirilən Zəfər tədbirləri zamanı vurğulandığı kimi, möhtəşəm Qələbəmizin kreativ-kulturoloji salnaməsini yaratmaq, onun elektron daşıyıcılarda yaymaq, çağdaş Azərbaycançılıq ideologiyasının estetik-fəlsəfi tərəflərini hazırlamaqda yaradıcı şəxsləri dəstəkləmək. 3) Kitabların məhdud tirajla nəşrini nəzərə alıb, yeni yaranan ədəbiyyat nümunələrinin 60 milyonluq soydaşlarımıza əlçatanlığı təmin etmək, milli söz sənətinin yayılmasına, ana dilimizin genişlənməsinə, gələcək nəsillərə çatdırılmasına yardımçı olmaq.

Zəfər tarixinin dəyərli tərəflərini ədəbiyyat, e-kitab vasitəsi ilə gənclərə və gələcək nəslə çatdımaq günümüzün vacib, eyni zamanda ən böyük motivasiyedici, ideoloji məsələlərindən biri olduğunu nəzərə alan birlik bu istiqamətdə də fəaliyyətlərini aparacaq.

Möhtəşəm Zəfər - Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual hərbi-vətənpərvərlik fəaliyyətlərinin əsas məqsəd müharibə igidlərini zəmanəmizin qəhrəmanları səviyyəsində təbliğ edərək postmüharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün gənclər arasında motivəedici aksiyalar təşkil edilməlidir. Qələbəni Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gəncləri onlara tapşırılan sahələrdə, vəzifələrdə yeni uğurlar qazanmağa həvəsləndirməkdən ötrü mənəvi-psixoloji işlər aparılmalıdır. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni ünsiyyət alətləridir.

Qarabağ Zəfəri kimi milli-mədəni dəyər qazanmış mədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə gənc nəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, kreativ-kulturoloji formatlar tələb edir.

Unikal qələbənin ədəbi-kulturoloji salnaməsini yaratmaq üçün fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda İnternet televerilişlərin hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək "Zəfərnamə" seriasından müxtəlif müəlliflərin silsilə elektron kitablarını rəqəmsal nəşri, xüsusi elektron kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, silsilə TV verilişlər vasitəsilə gənclərin motivasiya edilməsi layihənin əsas məqsədlərindən sayılır.

Hidayət – Ayxan Əbilli,

YYSİB Analitik İnformasiya bölümünün əməkdaşı

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN