booked.net booked.net  

  Qazaxıstanın paytaxtı Astana şəhəri bir növ rekorda imza atıb.

 Britaniyanın “The Economist” nəşri Astananın rekordu haqda məlumat verən (Ad dəyişikliyi sayına görə hansı şəhərin rekordu olduğunu təxmin edin?) məqalə dərc edib.

 60 il ərzində beş dəfə adını dəyişib. 1830-cu ildə kazak məskəni kimi əsası qoyulan şəhər ilkin olaraq Akmolinsk adlanırdı. 1961-ci illərdə onun adı dəyişdirilərək  Tselinoqrad adlandırılmışdır.

SSRİ-nin dağılmasından və ölkə müstəqillik əldə etdikdən sonra Akmola adı yaranıb. Və 1998-ci ildə paytaxt olmaqla, şəhər yeni adını alır və  bu dəfə Astana adlandırılır.

Lakin bu ad da Qazaxıstan paytaxının sonuncu adı olmur.

 2019-cu ildə paytaxt ilk prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılır və nəhayət, 2022-ci ildə isə keçmiş Astana adı şəhərin özünə qaytarılıb.

 Qeyd edək ki, 1991-ci il dekabrın 16-da Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət müstəqilliyini elan etdi və Nursultan Nazarbayev Qazaxıstan Respublikasının ilk prezidenti oldu.

Birinci prezidentin 6 may 1998-ci il tarixli fərmanı ilə Akmola şəhərinə Astana adı verildi və 21 ildən sonra bu şəhər Nazarbayevin şərəfinə Nur-Sultan adlandırıldı.

Bu ilin sentyabrında isə Qazaxıstan parlamenti paytaxt Nur-Sultanın adının yenidən Astana olması üçün konstitusiyaya dəyişiklikləri ehtiva edən qanun layihəsini təsdiqləyib.

  Qazaxıstan parlamentinin aşağı palatası ilə senatın yuxarı palatasının birgə iclasında konstitusiyanın bəzi maddələrində ediləcək tənzimləmələri nəzərdə tutan qanun layihəsi qəbul edilib. Buna uyğun olaraq paytaxt Nur-Sultanın adı dəyişdirilərək Astana olub.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA