booked.net booked.net  

 Rusiya prezidenti Vladimir Putin yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək  bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Bu barədə cümə axşamı Kremlin mətbuat xidməti dövlət başçısının göstərişinə istinadən məlumat yayıb.

“Müqəddəs Patriarx Kirillin müraciətini nəzərə alaraq, Rusiya Federasiyasının müdafiə nazirinə bu il yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynada tərəflər arasında bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıram" – məlumatda deyilir.

Rusiya Prezidenti Ukrayna tərəfi də atəşkəsə əməl etməyə səsləyib.

“Döyüş bölgələrində pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad bayramı mərasimlərində, eləcə də Məsihin Doğum Günündə iştirak etmək imkanı verməyə çağırırıq".

Xatırladaq ki, provaslavlar İsa Məsihin doğum gününün yanvarın 7-nə təsadüf etdiyini bildirirlər.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN