booked.netbooked.net booked.net  

Yanvarın 19-da mədəniyyət naziri Anar Kərimovun əməkdar artist, tanınmış müğənni Teymur Əmrahın 50 illik yubileyi münasibətilə imzaladığı Fəxri Fərman sənətkara təqdim olunub.

Əməkdar artistə mükafatı İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova təqdim edib.  Sevilən sənətkara mədəniyyət nazirinin ən xoş arzularını çatdıran F. Acalova ona gələcək fəaliyyətində uğurlar azulayıb.

Qeyd edək ki, Azərbaycanın klassik estrada müğənnisi, əməkdar artist Teymur Həşim oğlu Əmrahov  (Əmrah) 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirov olub.

1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olan Teymur Əmrah burada görkəmli opera müğənnisi Firudin Mehdiyevdən, aktyor sənətindən teatr və kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb.

1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2005-ci ildə "Azəristar" layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib.

2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı Solo konserti verib.

Müğənni müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyasında və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs deyib. 20 il  Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərib.

Hal-hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir.

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il Sərəncamı ilə Teymur Əmrahov (Əmrah) Əməkdar artist fəxri adı ilə təltif edilib.

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN