booked.net booked.net  

“…Cəmiyyət kurikulum ideyasının tətbiqinə hazır deyildi”.

Bu günlərdə elm və təhsil naziri beynəxlaq tədbirdəki çıxışı zamanı kurikulum məsələsinə toxunub və islahatlar aparılmasına ehtiyac olduğunu bildirib.

Həmin fikirlərlə bağlı təhsil mütəxəssisi Nadir İsrafilov nazirin həmin fikirlərinə münasibət bildirərkən  “bu, yerli kurikulumlara olan inamı artırdı”,-  deyə bildirib. 

Nadir İsrafilov həmin terminin təhsil sistemimizə əsasən 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya kimi daxil edildiyinə, indiyədək şagird və müəllimlər tərəfindən tam mənimsənilməməsinə, həmçinin Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarına diqqət çəkib.

 Onun sözlərinə görə,  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi.

Mütəxəssis qeyd edib ki, kurikulum əsasında hazırlanmış dərsliklər və qiymətləndirmə mexanizmləri şagirdlərin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı.

“Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişini də xeyli ləngitdi. Halbuki, cəmiyyət kurikulum ideyasının tətbiqinə hazır deyildi. Bu ideyaya doğru birdən-birə yox, addım-addım getmək, onu təhsilalan və təhsilverənin şüuruna tədricən yeritmək lazım idi”, - deyə Nadir İsrafilov qeyd edib.

O, həmçinin kurikulumlarla bağlı təkmilləşdirmə və yeniləşdirmə işlərinin tez bir zamanda başlanacağına, nəticəyönümlülük prinsipi gözlənilməklə müəllim və  şagirdlərin ağır yükünün yüngülləşdiriləcəyinə də ümid etdiyini bildirib.

Xatırladaq ki, ilk kurikulumlar 1918-ci ildə yaranmışdır. Artıq ötən əsrin 60–70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.

Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar "təhsil planı" kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.

2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir.

 

 Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN