Slovakiyanın baş naziri Robert Fitso bu gün yenidən əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.
TEZADLAR.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak bildirib.
Kalinyak qeyd edib ki, həkimlərin baş nazirin sağalmağa doğru başladığını dəqiq söyləmək üçün bir neçə gün vaxt lazımdır.
Xatırladaq ki, mayın 15-də R.Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub.
O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib.
trend