booked.net booked.net  

 “Bu, dövlət qulluğuna daxil olmaq istəyən şəxsin mənəvi dəyərini müəyyən etmək üçün bir imtahandır.”

***

Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi dövlət qulluqçularının mənəvi dəyərlərini müəyyən etmək üçün test tətbiq etməyi planlaşdırır.

 Yerli mətbuatın məlumatına görə, bu barədə idarənin rəhbəri Darxan Yazıkbayev məlumat verib.

“Bundan əlavə, biz daha bir test təqdim edirik. Bu, dövlət qulluğuna daxil olmaq istəyən şəxsin mənəvi dəyərini müəyyən etmək üçün bir imtahandır. Bütün bunlar onlayn olacaq. Vətəndaş evdən çıxmadan imtahan verəcək. Hər  etap üçün bal veriləcək. Nəticədə, vakant vəzifəni ən çox bal toplayan şəxs tutacaq”, - deyə Darxan Jazıkbayev bildirib.

 Qeyd edilir ki, layihənin pilot variantı indiyədək beş dövlət qurumunda həyata keçirilib. Prosedurun yeni formatı namizədlərə əvvəlcədən müəyyən edilmiş vaxtda keçirilən müsahibə istisna olmaqla, bütün mərhələlərdə, istənilən vaxt və dünyanın istənilən yerindən müsabiqədə iştirak etməyə imkan verir.

 E-kyzmet sistemi bütün əsas informasiya sistemləri ilə inteqrasiya olunub. Bu, dövlət qulluğuna daxil olan namizədlərə sənəd toplamaq üçün vaxt itirməməyə imkan verir. Ərizəçi haqqında digər informasiya sistemlərindən məlumatların alınması, onun cinayət tərkibinin və ya digər cinayətlərdə iştirakının yoxlanılması, ixtisas tələblərinə uyğunluğunun nəzərə alınması və s. avtomatik olaraq baş verir.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN