booked.net booked.net  

Nəhayət, koronavirusun təhsilimizə vurduğu ziyanın minimuma endirilməsi sayəsində və virusa qarşı mübarizənin profilaktik gücünün artırılması hesabına bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa edilir. 

Qeyd edək ki, Təhsil Nazirliyinin qərarına əsasən, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin I-IV sinifləri ənənəvi tədrisə başlamışdı. Bu gün sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır. Bununla belə, virusa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, təhsil ocaqlarında qaydalara ciddi riayət olunmalıdır. Çünki adi bir səhlənkarlıq yoluxmanı yenidən ciddi şəkildə artıra bilər. Nəzərə alsaq ki, havalar kəskin soyuyub və virusa yoluxma təhlükəsi gözlə-qaş arasındadır.

Onu da xatırladaq ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 471 661 şagird təhsil alacaq. Hazırda isə respublikada 4435 məktəb fəaliyyət göstərir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN