booked.net booked.net  

Yay qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin I, II, III və IV ixtisas qrupları üzrə qeydiyyatı davam edir.

Tezadlar.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 09.35-ə olan məlumata görə, test (2-ci cəhd) imtahanı vermək üçün 8768 abituriyent qeydiyyatdan keçib. (Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 1133 nəfər).

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində martın 4-17-də və ya aprelin 6-25-də I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.

II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər iyunun 20-si saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə iyulun 4-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:

-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

-Şəhid ailəsinin üzvləri;

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-Məcburi köçkün statusu olan şəxslər;

-I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.

İyunun 12-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanına yazılan şəxslərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət aldıqları təqdirdə yay imtahanına buraxılmayacaq.

Xatırladaq ki, yay qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 6-sı, II ixtisas qrupu üzrə iyulun 7-si, I və IV ixtisas qrupları üzrə isə iyulun 20-21-də keçiriləcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN