booked.netbooked.net booked.net  

 “Xəstəlik xəstəsi” kimi də tanınan ipoxondriaz diaqnozu qoyulan insanlar digərlərinə nisbətən daha tez ölürlər.

  İsveçdə aparılan bir araşdırmada, ipoxondriaz diaqnozu qoyulan 4129 nəfərlə bu xəstəliyi olmayan 41 min 290 adamın məlumatları araşdırılıb. İpoxondriak insanların həm təbii, həm də qeyri-təbii səbəblərdən daha tez öldüyü müəyyən edilib.

 TEZADLAR.AZ xəbər verir ki, Karolinska İnstitutundan Devid Mateiks-Kols (David Mataix-Cols) sözügedən araşdırmanı apararkən minlərlə adamın 24 illik məlumatlarını təhlil etdiklərini söyləyib: “Əvvəlki araşdırmalarda xəstəlik xəstəsi olan adamlarda intihar riski daha az idi. Lakin bu araşdırmada ipoxondriaz diaqnozu qoyulan insanlarda intihar riski nisbəti digərlərindən 4 dəfə çox oldu”.

  Elmi araşdırma "JAMA Psychiatry" jurnalında dərc edilib.

  Qeyd edək ki, ipoxondriya — artıq dərəcədə əsassız narahatlıq halıdır və xəstədə şəfasızlığı barədə fikirlər yaradır. Müstəqil xəstəlik olmasa da, bir çox psixi pozulmaların əlaməti kimi meydana çıxır.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN