Koreyalı alimlər bürclərin insan həyatına təsiri iddialarını bir daha təkzib ediblər.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Azərtac xarici mediaya istinadən məlumat paylaşıb.

Qeyd edilir ki, Tequdakı Kemyung Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı bir araşdırma bürclərə mənsubiyyət ilə insanın rifah səviyyəsi arasında heç bir əlaqə tapmayıb.

Tədqiqatın “Kyklos” jurnalında dərc olunan yekun materialında 12 mindən çox insanın məlumatları təhlil edilib. Tədqiqatçılar rifahın səkkiz əsas göstəricisini nəzərdən keçiriblər: xoşbəxtlik, depressiya, stres, iş və maliyyə məmnunluğu, sağlamlıq və evlilik səadəti. Nəticələr astrologiya həvəskarları üçün məyusedici olub; bürcün təsiri maliyyə məmnunluğu istisna olmaqla, heç bir parametr üçün etibarlı şəkildə müəyyən edilməyib.

Ancaq alimlərin fikrincə, hətta maliyyə məmnunluğu əlaqəsi o qədər azdır ki, ona da əhəmiyyət verməmək olar.

Tədqiqatın müəllifləri əvvəlki araşdırmaların nəticələrini təsdiq ediblər. Onlar bildiriblər ki, bürc əlamətləri insan xoşbəxtliyini proqnozlaşdırmaq üçün bir vasitə ola bilməz. Astrologiya proqnozları, əslində, sikkə və ya zər atmaqdan heç nə ilə fərqlənmir.

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN