booked.netbooked.net booked.net  

....TFB ilə Google əməkdaşlığı da davam edir.

Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarının “Google Maps” ilə paylaşımındakı problemlə bağlı bir müddət öncə yazmışdım.

Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, avtobusların hərəkəti ilə bağlı BNA məlumatlarını əldə edib Google ilə bölüşən “ Transit For Baku” qurumu, son zamanlar bu məlumatları əldə etməkdə çətinlik çəkdiyini bildirmişdi.

“Problem ciddiləşdiyindən Google bu məlumatları “Google Maps”dan yığışdırmışdı.

İndi görünür ki, “Google Maps” artıq Azərbaycanla bağlı bu tip məlumatları yeniləyib. Bu resursdan görünür ki, “Google” artıq məlumatları birbaşa BNA-dan alır və BNA-nın rəsmi saytına və telefon nömrəsinə istinad olunub.

Yəni bu o anlama gəlir ki, BNA artıq rəsmi olaraq Google Transit Partner olub”, -deyə o, bildirib

 Osman Gündüz  vurğulayıb ki, BNA Google üçün təqdim etdiyi bu məlumatları emal oluna biləcək səviyyədə, açıq məlumat formasında da paylaşmalıdır ki, maraqlı tərəflər ondan istifadə edə bilsin.

Ekspert əlavə edib ki,  indiyədək bu xidməti reallaşdıran (buna görə o komandaya da təşəkkür düşür), məlumatları “ Google Maps”a təqdim edən TFB qurumu da, görünür ki əməkdaşlığı davam etdirəcəklər.

“Belə ki, “Google Maps” da digər ictimai nəqliyyat növü üzrə - metro ilə bağlı məlumatları sorğuladıqda mənbə olaraq BNA ilə bərabər TFB şirkətinin də adı görünür.

Yəni, bu o demək ki, metro məlumatlarını Google TFB dən almaqda davam edir.

Beləliklə, avtobus marşrutları ilə bağlı məlumatı Google bundan sonra BNA-dan əldə edəcək.

Metro məlumatlarını isə TFB qurumu “Google Maps”a təqdim etməyi dayandıranadək, Metropoliten və ya BNA bu məlumatlara da iddia etməyənədək TFB ilə Google əməkdaşlığı da davam edəcək”, -deyə bildirib.

Qeyd edək ki, bir neçə ay öncə BNA bildirmişdi ki sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps”in nəqliyyat komandası ilə də danışıqlar aparılır.

Qurum qeyd etmişdi ki,  aparılan aanışıqların nəticəsi olaraq çox qısa vaxtda paytaxtın müntəzəm marşrut xətləri ilə bağlı məlumatları “Google Maps” üzərindən də əldə etmək mümkün olacaq.

Xatırladaq ki, fevral ayında Prezidentin verdiyi məlum fərmanı ilə BNA Bakı Şəhər İcra Hakimiyyəti başçısının, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" isə Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

 

Y.MƏMMƏDLİ

 

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN